AnalitikaDünyaGündəmSiyasət

Azərbaycan və Özbəkistan: yüksələn strateji müttəfiqlik

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibə iki qardaş ölkə arasında müttəfiqlik əlaqələrinin mühüm xülasəsidir. Prezident İlham Əliyev ortaq tarixə, dinə və mədəniyyətə söykənən bu münasibətlərin tamamilə yeni məzmun qazandığını xüsusi olaraq vurğulamışdır. Müsahibədə siyasi dialoqun intensivliyinə xüsusi yer ayrılıb.

Son beş ildə həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər və ‘Müttəfiqlik münasibətləri haqqında Müqavilə’nin imzalanması ölkələrimiz arasında siyasi əlaqələrin ən yüksək mərhələdə olduğunu sübut edir.

İqtisadi əməkdaşlığın gələcək perspektivlərini dəyərləndirən Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb. Artan ticarət həcmləri və qarşılıqlı investisiyalar ölkələrimizin iqtisadi müstəqilliyini və dayanıqlılığını daha da artırır. Strateji logistika və enerji keçidi mövzusunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müasir qlobal çağırışlara ortaq cavablar tapılır.

Xüsusilə Orta Dəhlizin inkişafı region ölkələrinin dünya bazarlarına daha təhlükəsiz çıxışını təmin edir. Nəticə olaraq, Prezident İlham Əliyevin müsahibəsindən çıxan əsas qənaət ondan ibarətdir ki, ortaq dəyərlərə sahib olan Azərbaycan və Özbəkistan sarsılmaz birlik nümayiş etdirir. Türk dünyasının inteqrasiyasına xidmət edən bu əlaqələr regionumuzun çiçəklənən gələcəyinin ən etibarlı təminatçısıdır.

Aytən İsmayılova,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button