
.Son dövrlərin ən mühüm analitik tezislərini özündə ehtiva edən sənədlərdən biri Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsidir. Bu müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan qardaşlığının müasir dövrdə ən yüksək zirvəyə müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır. Müsahibədə siyasi dialoqun intensivliyinə xüsusi yer ayrılıb. Son beş ildə həyata keçirilən 15 müntəzəm qarşılıqlı səfər və ‘Müttəfiqlik münasibətləri haqqında Müqavilə’nin imzalanması ölkələrimiz arasında siyasi əlaqələrin ən yüksək mərhələdə olduğunu sübut edir.
İqtisadi əməkdaşlığın gələcək perspektivlərini dəyərləndirən Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb. Artan ticarət həcmləri və qarşılıqlı investisiyalar ölkələrimizin iqtisadi müstəqilliyini və dayanıqlılığını daha da artırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın Cənubi Qafqazda, Özbəkistanın isə Mərkəzi Asiyada yerləşməsi bizi təbii tranzit tərəfdaşlarına çevirir.
Yaşıl enerji və neft-kimya sənayesindəki ortaq təşəbbüslər (məsələn, ‘Turan Energy AFEZCO’) inkişafın mühüm tərkib hissəsidir. Müsahibənin yekununda mənəvi irs və Türk dünyasının birliyi ön plana çıxarılır. Prezident İlham Əliyev Füzulidə Mirzə Uluqbəy adına məktəbin inşasını və Özbəkistanın Türk Mədəniyyəti və İrsi Fonduna üzvlüyünü qardaşlığın ən ali nümunəsi kimi dəyərləndirərək, bu müttəfiqliyin daimi sülhə xidmət etdiyini vurğulayır.
Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini



