AnalitikaGündəmSiyasət

Vətən Müharibəsinin İqtisadi və Hərbi Dərsləri

27 sentyabrda başlayan 44 günlük müharibə göstərdi ki, güclü ordu yaratmaq üçün güclü iqtisadiyyat mütləq şərtdir. Azərbaycanın illər boyu yürütdüyü müstəqil iqtisadi siyasət ordumuzun modernləşdirilməsinə və ən müasir silahlarla təmin olunmasına imkan verdi.

Müharibə dövründə hərbi sənayemiz tərəfindən istehsal olunan yerli məhsullar da cəbhədə uğurla tətbiq edildi. Ölkəmiz xarici hərbi asılılığı minimuma endirərək müasir müharibə aparmaq qabiliyyətini nümayiş etdirdi. Bu, uzun illər aparılan planlı işin bəhrəsi idi.

Hərbi sahədə kazanılan təcrübə bu gün dünya hərbi mütəxəssisləri tərəfindən öyrənilir. Pilotsuz uçuş aparatlarının (PUA) effktiv tətbiqi, yüksək dəqiqlikli silahların istifadəsi və xüsusi təyinatlı qüvvələrin taktikası yeni hərb standartları müəyyən etdi.

Anım Günündə biz həm də bu böyük dövlətçilik təcrübəsini və uzaqgörən siyasəti qiymətləndiririk. Şəhidlərimizin şücaəti dövlətimizin gücü ilə birləşərək Zəfəri təmin etdi. Güclü Azərbaycan şəhidlərimizin ən böyük arzusudur.

Nəzrin Həsənli, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button