AnalitikaGündəmSiyasət

Zəfərə aparan yolun başlanğıcı

27 Sentyabr Azərbaycan xalqının yaddaşında Vətən uğrundacanından keçən qəhrəman övladların əziz xatirəsinin ehtiramlayad edildiyi mühüm tarixlərdən biridir. Bu gün 2020-ci ildəbaşlayan Vətən müharibəsinin ilk gününü və Azərbaycanın ərazibütövlüyünün bərpası uğrunda şəhid olan hərbçilərimizinqəhrəmanlığını xatırladır. Anım Günü xalqımız üçün həm böyükhüzn, həm də milli qürur rəmzidir.

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrininAzərbaycan mövqelərinə və yaşayış məntəqələrinəgenişmiqyaslı hücumundan sonra Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətənmüharibəsi nəticəsində Azərbaycan torpaqlarının uzun illərdavam edən işğalına son qoyuldu və ölkəmizin ərazibütövlüyünün bərpası istiqamətində tarixi nəticə əldə edildi.

Bu tarixi Qələbənin əldə olunmasında Azərbaycan Ordusununqəhrəmanlığı, hərbçilərimizin yüksək döyüş hazırlığı vəxalqımızın dövlət ətrafında sıx birləşməsi mühüm rol oynadı. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət və hərbi-strateji qərarlar Azərbaycanın Zəfərinə aparan yolun əsasamillərindən oldu.

Vətən müharibəsi Azərbaycan xalqının birlik və həmrəyliyininən parlaq nümunələrindən birinə çevrildi. Ölkənin müxtəlifbölgələrindən olan insanlar eyni məqsəd uğrunda birləşərəkVətənin müdafiəsinə qalxdılar. Azərbaycan əsgəri döyüşmeydanında misilsiz qəhrəmanlıq göstərərək tariximizin şanlısəhifələrini yazdı.

27 Sentyabr – Anım Günü ilk növbədə şəhidlərimizin xatirəsinəehtiram deməkdir. Onların hər biri Azərbaycanın ərazibütövlüyünün və müstəqilliyinin müdafiəsi uğrunda öz həyatınıfəda edib. Şəhidlərin göstərdiyi fədakarlıq xalqımızınyaddaşında əbədi yaşayacaq və gələcək nəsillərə Vətənsevgisinin nümunəsi olacaq.

Vətən müharibəsində Azərbaycan Ordusunun qazandığı qələbəyalnız hərbi uğur deyil, eyni zamanda xalqımızın milli iradəsinintəntənəsi idi. Azərbaycan uzun illər ərzində beynəlxalq hüququnnorma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünün bərpasınıtələb edib. 2020-ci ildə əldə olunan Zəfər bu istiqamətdə tarixidönüş yaratdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müharibədənsonrakı dövrdə də qarşıya mühüm məqsədlər qoydu. İşğaldanazad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuqişlərinə başlanıldı, dağıdılmış şəhər və kəndlər yenidən quruldu, nəqliyyat və enerji infrastrukturu yaradıldı. Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğmatorpaqlarına qayıdışı təmin edilir.

Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən dövlətqayğısı da Azərbaycan dövlətinin əsas prioritetlərindəndir. Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların ailələrinin sosialmüdafiəsinin gücləndirilməsi və qazilərin diqqətdə saxlanılmasıdövlət siyasətinin mühüm istiqamətlərindən biridir.

27 Sentyabr həm də gənc nəslin Vətən tarixini öyrənməsibaxımından mühüm əhəmiyyət daşıyır. Şəhidlərimizin həyatyolu və qəhrəmanlığı gənclərə Vətənə bağlılıq, milli həmrəylikvə məsuliyyət hisslərini aşılayır. Bu tarix gələcək nəsillərəAzərbaycanın müstəqilliyinin və ərazi bütövlüyününqorunmasının nə qədər böyük əhəmiyyət daşıdığını xatırladır.

Bu gün Azərbaycan xalqı 27 Sentyabrı böyük ehtiram və qürurhissi ilə qeyd edir. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutladeyil, onların uğrunda mübarizə apardığı dəyərlərin qorunmasıvə yaşadılması ilə əbədiləşdirilir. Onların qanı bahasına əldəolunan Zəfər Azərbaycan tarixinin ən şanlı səhifələrindən birikimi gələcək nəsillərə ötürüləcək.

27 Sentyabr – Anım Günü xalqımız üçün şəhidlərimizinqarşısında mənəvi borcumuzu bir daha xatırladan gündür. Bu gün biz Vətən uğrunda canından keçən qəhrəmanlarımızı dərinehtiramla yad edir, onların ailələrinə və yaxınlarına sonsuzminnətdarlığımızı bildiririk. Şəhidlərimizin müqəddəs xatirəsiAzərbaycan xalqının qəlbində daim yaşayacaq.

Azərbaycanın əldə etdiyi Zəfər göstərdi ki, milli birlik, güclüdövlət və qüdrətli ordu qarşıya qoyulan ən böyük məqsədlərinhəyata keçirilməsinə imkan verir. 27 Sentyabr isə bu Zəfərəaparan yolun başlanğıcı kimi tariximizdə xüsusi yer tutur. Bu günün əsas mesajı Vətənin bütövlüyü və azadlığı uğrundacanlarını fəda edən qəhrəmanların heç vaxt unudulmayacağıdır.

Şəhidlər ölmür, onların adı və əməlləri xalqın yaddaşında əbədiyaşayır. Azərbaycan xalqı onların qəhrəmanlığını heç vaxtunutmayacaq və gələcək nəsillər də bu müqəddəs irsi daimyaşadacaq.

Göyüş Göyüşov,
YAP Nərimanov rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button