AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

27 Sentyabr və Milli Yaddaş

Milli yaddaş bir xalqın keçmişini və mühüm hadisələrini gələcək nəsillərə ötürməsində mühüm rol oynayır. 27 Sentyabr da Azərbaycan xalqının yaddaşında xüsusi iz qoymuş tarixlərdən biridir.

Bu gün Vətən müharibəsinin başlanması və həmin müharibədə həyatını itirən insanların xatirəsi ilə bağlıdır. Şəhidlərin həyat və döyüş yolu haqqında məlumatların öyrənilməsi onların xatirəsinin yaşadılmasına kömək edir.

Məktəblərdə keçirilən tədbirlər, sərgilər, inşa müsabiqələri və xatirə mərasimləri gənclərin tarixi hadisələr barədə məlumatlandırılmasına xidmət edir. Belə tədbirlər milli yaddaşın qorunmasına töhfə verir.

27 Sentyabr hər il şəhidlərimizin xatirəsini ehtiramla yad etmək üçün bir fürsətdir. Bu tarix bizə keçmişimizi unutmamağı və gələcəyə daha böyük məsuliyyətlə yanaşmağı xatırladır.

Ruhən Hüseynova,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Puşkin küçəsi, 19” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button