Anım Gününün Əhəmiyyəti

Anım Günləri tarixi hadisələri xatırlamaq və həmin hadisələrdə həyatını itirən insanların xatirəsini yad etmək üçün mühüm əhəmiyyət daşıyır. Azərbaycanda 27 Sentyabr Anım Günü də bu məqsədə xidmət edir.
Bu tarix 2020-ci ildə başlayan Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr olunub. Hər il bu gündə onların həyat yolu və göstərdikləri fədakarlıq xatırlanır.
Anım Gününün digər mühüm məqsədi gənc nəslə tarixi hadisələr haqqında məlumat verməkdir. Tarixi öyrənən gənclər keçmişin hadisələrini daha yaxşı dərk edə bilirlər.
27 Sentyabr xalqımızın şəhidlərə olan ehtiramının ifadəsidir. Bu gün tariximizi qorumaq və şəhidlərimizin adlarını gələcək nəsillərə çatdırmaq baxımından mühüm rol oynayır.
Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri



