
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının Keşlə qəsəbəsində yerləşən “Sabir küçəsi, 70” və “Davud Aslan küçəsi, 2” ünvanlarındakı ərazi partiya təşkilatlarında YAP-ın VIII Qurultayında qarşıya qoyulan vəzifələrə həsr olunmuş görüşlər keçirilib.
Aktualinfo Media Qrup xəbər verir ki, tədbirlərdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin, eləcə də Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Görüşlərdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov bildirib ki, YAP-ın VIII Qurultayı partiya üzvlərinin qarşısında yeni və mühüm vəzifələr müəyyənləşdirib. O, Prezident, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlərin partiyanın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından əhəmiyyətini vurğulayıb.
Çıxış edən “Davud Aslan küçəsi, 2” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, “Sabir küçəsi, 70” ünvanında yerləşən ərazi partiya təşkilatının sədri, Nizami Rayon İcra Hakimiyyəti başçısının Keşlə qəsəbəsi üzrə nümayəndəsi Anar Ağayev, Keşlə Bələdiyyəsi sədrinin müavini İradə Həsənova və bələdiyyənin Ekologiya Komissiyasının sədri Gülsüm Məhərrəmova partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan, dövlət başçısının rəhbərliyi ilə əldə olunan nailiyyətlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
Sonda xatirə şəkli çəkdirilib.










