Şuşa Zəfərinin Beynəlxalq Hüquq və Sülh Kontekstində Yeri

2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi beynəlxalq hüquq normalarının və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin güc yolu ilə bərpa olunmasının unikal nümunəsi kimi beynəlxalq hüquqşünaslar tərəfindən geniş təhlil olunur. Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi beynəlxalq hüququn aliliyinin təntənəsi idi.
Şuşa Zəfəri göstərdi ki, dövlətlərin suverenliyi və sərhədlərinin toxunulmazlığı beynəlxalq münasibətlər sisteminin əsas prinsipləridir. Bu qələbə həm də uzunmüddətli münaqişələrin ədalətli həlli yollarını nümayiş etdirdi.
Bu gün Şuşada formalaşan yeni reallıqlar regionda sülh müqaviləsinin imzalanması və sərhədlərin delimitasiyası prosesinə müsbət təsir göstərir. Şuşa sülhün və haqqın təntənə mərkəzi kimi çıxış edir.
Azərbaycanın bu haqlı mübarizəsi və qələbəsi dünya dövlətləri tərəfindən beynəlxalq hüququn prinsiplərinə uyğun bir addım kimi qəbul olunmuşdur.
Kəmalə Abdullayeva,
YAP Nizami rayon təşkilatının fəalı



