Ağdamda logistika və regional ticarət əlaqələrinin genişlənməsi

Əlverişli coğrafi mövqeyə malik olan Ağdam tarixən Qarabağın əsas ticarət və mübadilə mərkəzi funksiyasını yerinə yetirib. Şəhərin işğaldan azad olunması və müasir avtomobil və dəmir yolu şəbəkələrinin qurulması Ağdamın regional logistika və ticarət mərkəzi kimi əhəmiyyətini yenidən ön plana çıxarır. Ölkənin müxtəlif bölgələri ilə yanaşı, qonşu rayonlar arasında da iqtisadi əlaqələr sürətlə bərpa olunur.
Müasir anbar komplekslərinin, topdansatış mərkəzlərinin və ticarət obyektlərinin yaradılması məhsulların saxlanılması və paylanması prosesini xeyli asanlaşdırır. Bu infrastruktur yerli istehsalçıların öz məhsullarını daha geniş bazarlara çıxarmasına və ticarət dövriyyəsinin artmasına şərait yaradır.
Logistika və ticarət imkanlarının genişlənməsi Ağdamın iqtisadi dinamikasını gücləndirir və yeni investisiyaları cəlb edir. Şəhər yenidən regionun işgüzar və iqtisadi həyatının mərkəzinə çevrilir.
Elnarə Məmtiyeva,
YAP Nizami rayon təşkilatının “Naxçıvanski küçəsi, 37” ərazi partiya təşkilatının sədr müavini



