Dünya

“Yaralarımızı sağaltmaq üçün gecə-gündüz çalışırıq” – Ərdoğan

“Fəlakətin yaralarını sağaltmaq üçün gecə-gündüz çalışırıq”.

İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Prezident Rəcəb Tayyib Ərdoğan Milli Risk Qalxanı Yığıncağında çıxışı zamanı deyib:

“Xalq olaraq çətin bir dövr yaşayırıq. Zəlzələ 11 şəhərdə böyük tələfat və dağıntılara səbəb olub. Həyatını itirən 45 mindən çox vətəndaşımız, yaralanan 115 min insanımızın hər birinin ağrısı ürəyimizdədir. Təxminən 14 milyon insanın həyatına bilavasitə təsir edən və onlardan 3,5 milyonunun başqa bölgələrə köç etməsinə səbəb olan bu fəlakətin yaralarını sağaltmaq üçün gecə-gündüz çalışırıq”.

Ərdoğan qeyd edib ki, hazırda yenidənqurma və canlandırma işləri aparılır:

“Zərərin qiymətləndirilməsi işləri başa çatdıqdan sonra şəhərlərimizdə tikəcəyimiz yeni evlərin sayı bəlli olacaq. Hazırda 214.000 dağıdılmış, təcili olaraq söküləcək və ağır zədələnmiş binalarda 608 min müstəqil hissə müəyyən etmişik. Hələlik zəlzələ qurbanlarımızı çadır şəhərciklərində, konteyner şəhərlərində, yataqxanalarda və otellərdə qonaq edirik”.

Oxşar Xəbərlər

Back to top button