Dünya
Kremldən Vaşinqton görüşü barədə açıqlama
“Ermənistan və Azərbaycan arasında mövcud problemlərin həlli üçtərəfli sənədlər əsasında mövcuddur”.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistanın XİN rəhbərləri arasında baş tutan görüş barədə danışarkən deyib.
Onun sözlərinə görə, hələ ki iki ölkə arasında nizamlanmaya töhfə verəcək başqa hüquqi əsaslar yoxdur: “Əlbəttə, bu bazada nizamlanmaya yardım edəcək istənilən kömək alqışlana bilər. Lakin bilirik ki, nizamlanma üçün əsası pozan müxtəlif cəhdlər də mövcuddur ki, bunlar da gələcəkdə nəticə verməyə bilər. Ümid edək ki, burada söhbət birinci haldan gedir”.