Dünya
Ağ Evdən Türkiyədəki seçkilərlə bağlı açıqlama
“Türk xalqını sülh yolu ilə seçkidə iştirak etdiyi üçün təbrik edirik”.
İnfososium.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə açıqlaması zamanı deyib.
Kirbi bildirib ki, ABŞ Türkiyə prezident seçkilərinin istənilən qalibi ilə işləməyə hazırdır.
“Hökumətinin necə olacağına Türkiyə xalqı qərar verəcək. Gəlin, görək hadisələr necə inkişaf edəcək”, – deyə Kirbi əlavə edib.