AnalitikaGündəmSiyasət

27 Sentyabr – Anım Günü: Zəfərə aparan yolun qəhrəmanlıq salnaməsi

27 Sentyabr Azərbaycan xalqının yaddaşında həm böyük hüzn, həm də sonsuz qürur hissi ilə yaşayan xüsusi bir gündür. Bu tarix Vətən müharibəsinin başlandığı gün olmaqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalətin bərpası uğrundacanından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad etdiyimiz gündür. Bu gün biz yalnız bir müharibənin başlanğıctarixini xatırlamırıq. Biz uzun illər Vətən qarşısında öz borcunuləyaqətlə yerinə yetirən, torpaqlarımızın azadlığı uğrunda canınıfəda edən minlərlə qəhrəmanımızı anırıq. Onların hər birininhəyatında bir ailənin sevgisi, bir ananın duası, bir övladınhəsrəti, bir Vətən arzusu vardı. Şəhidlərimizin hər biriAzərbaycan tarixinin ən şərəfli səhifələrinə öz adını qanı iləyazdı. Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı keçdiyi yoluzun və mürəkkəb olmuşdur. 1990-cı illərin əvvəllərindətorpaqlarımızın işğal edilməsi, yüz minlərlə insanın doğmayurdlarından didərgin düşməsi xalqımızın yaddaşında dərin izburaxmışdı. Uzun illər davam edən danışıqlar prosesi isə işğalfaktının aradan qaldırılmasına imkan vermədi. Azərbaycan isəbütün bu illər ərzində öz dövlətçilik və hərbi potensialınıgücləndirdi, beynəlxalq hüquqa əsaslanan mövqeyini qorudu vəərazi bütövlüyünün bərpasını dövlət siyasətinin əsasistiqamətlərindən biri kimi saxladı. 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatınacavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarınabaşladı. 44 gün davam edən Vətən müharibəsi Azərbaycanxalqının tarixində yeni bir səhifə açdı. Azərbaycan Ordusununyüksək döyüş qabiliyyəti, hərbi qulluqçularımızın peşəkarlığı, cəsarəti və fədakarlığı döyüş meydanında özünü aydın şəkildəgöstərdi. Bu Zəfərin arxasında yalnız hərbi güc dayanmadı. Bu Qələbəni mümkün edən ən mühüm amillərdən biri də xalqımızınvahid məqsəd ətrafında birləşməsi idi. Müharibə günlərindəcəmiyyətin müxtəlif təbəqələrindən olan insanların eyni amalətrafında bir araya gəlməsi, əsgər və zabitlərimizə mənəvi dəstəkgöstərməsi, şəhid ailələrinin və qazilərimizin yanında olmasıxalq–hakimiyyət birliyinin mühüm təzahürlərindən birinəçevrildi.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanİlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən siyasətvə qəbul olunan qərarlar da həmin tarixi prosesin mühüm siyasitərəfini təşkil etdi. Ölkənin hərbi, iqtisadi və diplomatikimkanlarının ardıcıl şəkildə gücləndirilməsi, beynəlxalqmüstəvidə Azərbaycanın mövqeyinin müdafiəsi və müharibədövründə dövlət siyasətinin məqsədyönlü şəkildə həyatakeçirilməsi Vətən müharibəsinin gedişində mühüm rol oynadı.44 gün ərzində Azərbaycan Ordusu bir sıra şəhər, kənd vəstrateji yüksəklikləri işğaldan azad etdi. 8 noyabr 2020-ci ildəŞuşanın azad edilməsi müharibənin ən mühüm hadisələrindənbiri kimi tarixə düşdü. Şuşanın azad edilməsi həm hərbi, həm dəmənəvi baxımdan xüsusi əhəmiyyət daşıyırdı. Bu hadisəAzərbaycan xalqında böyük sevinc və qürur hissi yaratdı. 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatla hərbiəməliyyatların dayandırılması və bir sıra rayonlarınAzərbaycana qaytarılması təmin edildi. Bununla Azərbaycanuzun illər davam edən işğalın nəticələrinin aradan qaldırılmasıistiqamətində mühüm tarixi nəticə əldə etdi. Lakin xalqımızüçün Zəfərin mənası yalnız azad edilmiş ərazilərin xəritədəgörünməsi ilə məhdudlaşmır. Bu Zəfər doğma yurduna qayıtmaqarzusu ilə illərini keçirən insanların ümidlərinin gerçəkləşməsideməkdir. Bu, ata-baba torpaqlarında Azərbaycan bayrağınınyenidən dalğalanması deməkdir. Bu, şəhidlərimizin uğrunda can verdiyi Vətən torpaqlarının azadlığı deməkdir. 2023-cü ilinsentyabrında Qarabağ bölgəsində həyata keçirilən hərbitədbirlərdən sonra Azərbaycanın öz suverenliyini bütünərazisində təmin etməsi də bu tarixi prosesin mühümmərhələlərindən biri oldu. Beləliklə, Azərbaycan ərazibütövlüyü və suverenliyinin tam bərpası istiqamətində tarixinəticəyə nail oldu.

Bu gün Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslıbərpa və quruculuq işləri də Zəfərin davam edən nəticələrininümayiş etdirir. İşğaldan azad edilmiş ərazilərdə şəhər vəkəndlərin yenidən qurulması, infrastruktur layihələrinin həyatakeçirilməsi və keçmiş məcburi köçkünlərin doğma yurdlarınaqayıdışı Azərbaycan dövlətinin qarşıya qoyduğu məqsədlərinardıcıl şəkildə həyata keçirildiyini göstərir. Ancaq bütün buuğurların arxasında ilk növbədə insan amili dayanır. Biz bu günazad Qarabağdan, Şuşadan, Xankəndidən danışırıqsa, bununtəməlində şəhidlərimizin canı, qazilərimizin sağlamlığı, hərbçilərimizin qəhrəmanlığı və xalqımızın həmrəyliyi dayanır.Ona görə də 27 Sentyabr sadəcə təqvimdə qeyd olunan bir tarixdeyil. Bu gün hər bir azərbaycanlının yaddaşında xüsusi yertutan müqəddəs bir anım günüdür. Bu gün şəhid analarının, atalarının, həyat yoldaşlarının və övladlarının qarşısında başəydiyimiz gündür. Bu gün qazilərimizin göstərdiyi fədakarlığıehtiramla xatırladığımız gündür. Bu gün Vətən uğrundacanından keçən hər bir qəhrəmanın xatirəsini yaşatmaqməsuliyyətimizi bir daha dərk etdiyimiz gündür. Şəhidlərimizinbizə miras qoyduğu ən böyük dəyər azad, bütöv və suverenAzərbaycandır. Onların müqəddəs əmanətinə sahib çıxmaq isəyalnız dövlətin deyil, hər bir vətəndaşın mənəvi borcudur. Bu gün Azərbaycan xalqı Zəfərinin sevincini yaşayarkən həminZəfərin hansı ağır itkilər və fədakarlıqlar hesabına qazanıldığınıda unutmur. Qələbənin sevincini şəhidlərimizin xatirəsinəehtiramla birləşdirmək bizim milli yaddaşımızın mühümxüsusiyyətidir. 27 Sentyabrda bir daha bütün şəhidlərimizinmüqəddəs ruhu qarşısında baş əyirik. Onların həyat yolu, Vətənsevgisi və qəhrəmanlığı gələcək nəsillər üçün örnək olaraqqalacaq. Azərbaycan xalqı öz qəhrəmanlarını heç zaman unutmayacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qazilərimizə can sağlığı versin!

Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canındankeçən qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdəyaşayacaq.

Nərminə Qədirova,
YAP Nərimanov rayon təşkilatının məsləhətçisi

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button