AnalitikaGündəmSiyasət

Cümhuriyyət Qurucularının Vəsiyyəti və Üçrəngli Bayraq

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətini yaradan uzaqgörən dövlət xadimləri gənc respublikanın gələcəyini məhz bu üçrəngli bayraqda görmüşlər. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Əli bəy Hüseynzadə və digər qurucular xalqımızın milli kimliyini bu rəmzdə əbədiləşdirmişlər. Onların qoyub getdiyi irs hər bir azərbaycanlı üçün müqəddəs bir borc və əxlaqi manifestdir.

Cümhuriyyət süqut etdikdən sonra belə, bu dahi şəxsiyyətlərin ideyaları ölməmiş, əksinə, xalqın qəlbində azadlıq odunu söndürməmişdir. Onların qürurla ucaltdığı bayraq həbsxanalarda, sürgünlərdə və mühacirətdə yaşayan vətənpərvərlər üçün yeganə ümid çırağı olmuşdur. Tarixi şəxsiyyətlərimizin fədakar əməyi sayəsində bu müqəddəs rəmz günümüzə qədər gəlib çatmışdır.

Məmməd Əmin Rəsulzadənin “Bir dəfə qaldırılmış bayraq bir daha enməz!” kəlamı sadəcə şüar deyil, xalqımızın əzminin dəyişməz qanunudur. Bu müdrik fikir nəsildən-nəsilə ötürülərək hər bir azərbaycanlının həyat amalına çevrilmişdir. Ziyalılarımızın uzaqgörənliyi bu gün müstəqil Azərbaycanın inkişafında öz real bəhrəsini verməkdədir.

Həmin ideallara sədaqət nümayiş etdirmək müasir dövrün hər bir vətəndaşının müqəddəs borcudur. Cümhuriyyət qurucularının ruhu qarşısında baş əyərək deyə bilərik ki, onların əmanət etdiyi bayraq bu gün etibarlı əllərdədir. Bu bayraq Azərbaycanın əbədi müstəqilliyinin sarsılmaz təminatıdır.

Tariyel Əkbərov,
YAP Nizami rayon təşkilatının “M.Şərifli küçəsi, 3” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button