DünyaGündəmSiyasət

“Düşünmürəm ki, İran daha çox davam gətirə bilər”

“İranla razılaşma yaxındır”.

Aktualinfo Media Qrup “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Oval Ofisdə keçirdiyi tədbirdən sonra jurnalistlərin suallarını cavablandırarkən deyib.

ABŞ lideri İranla danışıqlarda iştirak etdiyini və prosesin müsbət istiqamətdə getdiyini deyib.

“Düşünürəm ki, işlər çox yaxşı gedir. Mən danışıqlarda iştirak edirəm. Düşünürəm ki, biz kifayət qədər yaxşı iş görürük. Razılaşma tezliklə baş verə bilər”, – deyə Tramp bildirib.

O, müharibənin başa çatması ilə enerji qiymətlərinin də aşağı düşəcəyini deyib: “Müharibə bitən kimi benzinin qiyməti düşəcək və düşünürəm ki, bu, çox tezliklə baş verəcək. Düşünmürəm ki, İran daha çox davam gətirə bilər”.

Tramp İranla Hörmüz boğazı məsələsində razılaşmanın əldə olunması barədə xəbərlərə də münasibət bildirib.

O, bu məsələ ilə bağlı hələ tam razılığa gəlinmədiyini, lakin danışıqların davam etdiyini söyləyib.

ABŞ Prezidenti bildirib ki, İranın boğazdan keçən gəmilər üçün hələ də təhlükə yarada biləcəyini düşünür. Onun sözlərinə görə, gəmilər atəşə tutula və ya dəniz minaları səbəbindən risklə üzləşə bilər.

Donald Tramp Rusiya-Ukrayna münaqişəsinə də toxunaraq, Co Bayden administrasiyasının Ukraynaya həddindən artıq çox silah və sursat göndərdiyini dilə gətirib.

O bildirib ki, ABŞ təkcə Ukraynaya deyil, digər ölkələrə də böyük həcmdə hərbi yardım göstərib və lazım gələrsə, göndərilən silahların bir hissəsini geri ala bilər.

Tramp İranla bağlı isə sursat ehtiyatlarında heç bir problem olmadığını və bu ehtiyatların hər gün artırıldığını bildirib.

Oxşar Xəbərlər

Back to top button