AnalitikaDünyaGündəmSiyasət

İki ölkə arasında rəqəmsal iqtisadiyyat Azərbaycan və Özbəkistan üçün sürətlə genişlənir

Son dövrlərin ən mühüm analitik tezislərini özündə ehtiva edən sənədlərdən biri Prezident İlham Əliyevin Özbəkistan mətbuatına müsahibəsidir. Bu müsahibədə Prezident İlham Əliyev Azərbaycan və Özbəkistan qardaşlığının müasir dövrdə ən yüksək zirvəyə – müttəfiqlik səviyyəsinə yüksəldiyini diqqətə çatdırmışdır. Siyasi və institusional əlaqələrin möhkəmlənməsi məsələsinə toxunan Prezident İlham Əliyev vurğulayıb ki, ali səviyyəli təmaslar hər iki ölkənin qlobal arenadakı mövqeyini gücləndirir. Daşkənddə və Bakıda keçirilən iclaslar birgə fəaliyyət əzmini nümayiş etdirir. İqtisadi əməkdaşlığın gələcək perspektivlərini dəyərləndirən Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın rolunu diqqətə çatdırıb. Artan ticarət həcmləri və qarşılıqlı investisiyalar ölkələrimizin iqtisadi müstəqilliyini və dayanıqlılığını daha da artırır.

Strateji logistika və enerji keçidi mövzusunda çıxış edən Prezident İlham Əliyev qeyd edib ki, müasir qlobal çağırışlara ortaq cavablar tapılır. Xüsusilə Orta Dəhlizin inkişafı region ölkələrinin dünya bazarlarına daha təhlükəsiz çıxışını təmin edir.

Mədəni-humanitar sahədə, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində atılan addımlar qardaşlığımızın sütunudur. Prezident İlham Əliyevin fikrincə, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşlərində ölkəmizin ‘C6’ formatında iştirakı bu əlaqələrin sadəcə regional deyil, beynəlxalq səviyyədə də böyük gücə malik olduğunu təsdiqləyir.

Nahidə Rzayeva,
YAP Nizami rayon təşkilatının “Keşlə qəsəbəsi, Köndələn küçəsi” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button