AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Mədəniyyət Diplomatiyası: Şuşanın Dünyaya Tanıdılması

Azərbaycan dövləti Şuşanın işğaldan azad olunmasından sonra mədəniyyət diplomatiyası vasitəsilə şəhərin zəngin irsini beynəlxalq aləmə tanıtmaq istiqamətində fəal iş aparır. Şuşanın tarixi, musiqisi və memarlığı müxtəlif beynəlxalq sərgilərdə, konfranslarda və mədəniyyət günlərində geniş təbliğ olunur.

UNESCO, İCESCO və TÜRKSOY kimi nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində Şuşanın mədəni irsinin qorunması və dünyaya çatdırılması üçün mühüm layihələr həyata keçirilir. Şəhərin tarixi abidələrinin bərpası beynəlxalq ekspertlər tərəfindən də yüksək qiymətləndirilir.

Xarici ölkələrin Azərbaycandakı səfirlərinin, mədəniyyət xadimlərinin və elm adamlarının Şuşaya mütəmadi səfərləri şəhərin mədəniyyət paytaxtı kimi nüfuzunu daha da artırır. Bu səfərlər Azərbaycanın sülh və mədəniyyət çağırışlarının dünyaya çatdırılmasına xidmət edir.

Şuşa bu gün mədəniyyət diplomatiyasının ən uğurlu nümunəsi kimi Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsində müstəsna rol oynayır.

Ofelya Nəsirova,
YAP Nizami rayon təşkilatının “Şirin Mirzəyev küçəsi, 53” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button