AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Qəlbi Vətənlə Döyünən Azad Torpaq

Kəlbəcərin işğaldan azad olunması Azərbaycan tarixində milli qürurun və ləyaqətin ən uca zirvələrindən biridir. 27 illik ayrılıqdan sonra bu bərəkətli və füsunkar diyarın Vətənə qovuşması xalqımızın qəlbindəki ən böyük yaralardan birini sağaltdı. Bu qələbə dövlət və xalq birliyinin sarsılmaz gücünü bir daha sübut etdi.

İndi Kəlbəcər özünün yeni, möhtəşəm yüksəliş dövrünə qədəm qoyub. Dağların qoynunda salınan müasir şəhər və kəndlər, bərpa edilən tarixi abidələr və doğma torpağa qayıdan insanların sevinci bu zəfərin davamlılığını göstərir. Hər bir sahədə müşahidə olunan canlanma bölgəni ölkənin ən abad guşələrindən birinə çevirir.

Bu azadlıq təkcə torpaqlarımızın deyil, həm də mənəvi dünyamızın, sazımızın, sözümüzün və mədəniyyətimizin azadlığıdır. Kəlbəcərin uca dağları bundan sonra yalnız xoşbəxtliyə, sülhə və böyük uğurlara şahidlik edəcəkdir. Bu torpaqlar bir daha yad əllərə düşməyəcəkdir.

Qəlbi Vətənlə döyünən azad Kəlbəcər gələcək nəsillərə qalib xalqın şərəfli mirası kimi ötürülür. Bayrağımız bu zirvələrdə əbədi dalğalanacaq, yurdumuz daim çiçəklənəcəkdir. Kəlbəcər əbədi olaraq azaddır!

Eyyub Cumayev,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button