
Azərbaycan Omanla nəqliyyat sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsində maraqlıdır.
Aktualinfo Media Qrup “Report”-a istinadən xəbər verir ki, bu barədə Azərbaycanın Omandakı səfiri Rəşad İsmayılovun “Times of Oman” nəşrində dərc olunmuş məqaləsində əks olunub.
Səfir bildirib ki, bu regional təchizat zəncirlərini şaxələndirməyə, daşımaların səmərəliliyini artırmağa və yeni investisiya imkanları açmağa imkan verəcək.



