AnalitikaGündəmSiyasət

Sosial sığorta ehtiyatlarının vətəndaşa yönəldilməsi

Sosial sığorta sisteminin maliyyə dayanıqlığı sosial ödənişlərin davamlılığı üçün əsas amillərdən biridir. Sosial sığorta ehtiyatının formalaşdırılması və onun sosial məqsədlərə yönəldilməsi mexanizmi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Qanunvericilikdə belə ehtiyatların minimum pensiyalara çatdırılma və məcburi sosial sığorta hesabına ödənişlərin maliyyələşdirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur.

Təqdim olunan islahat paketində optimallaşdırma nəticəsində yaranan ehtiyatların minimum pensiyaların, müavinətlərin və digər sosial ödənişlərin artırılmasına yönəldilməsi nəzərdə tutulur. Bu, maliyyə resurslarının sosial ehtiyaclara istiqamətləndirilməsi baxımından mühüm mexanizmdir.

Belə yanaşmanın əsas xüsusiyyəti sosial sığorta sistemində yaranan maliyyə imkanlarının yenidən vətəndaşların sosial təminatına yönəldilməsidir. Bu prinsip sosial müdafiə sisteminin dayanıqlılığı ilə əhalinin sosial rifahı arasında əlaqənin gücləndirilməsinə xidmət edir.

Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Həmçinin baxın
Close
Back to top button