AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Şuşanın Azadlığı Uğrunda Canından Keçən Qəhrəmanlar

Şuşa şəhərinin işğaldan azad olunması Azərbaycan əsgərinin misilsiz şücaəti, vətən sevgisi və sarsılmaz iradəsi sayəsində mümkün olmuşdur. 2020-ci ilin noyabrında sıldırım qayaları aşaraq düşmənlə əlbəyaxa döyüşə girən igid oğullarımız öz canları və qanları bahasına xalqımıza əbədi qürur bəxş etdilər.

Şuşa əməliyyatında iştirak edən xüsusi təyinatlı qüvvələrin, eləcə də digər qoşun növlərinin hərbi qulluqçuları ölümün gözünə dik baxaraq tarixi ədaləti bərpa etdilər. Onların göstərdiyi qəhrəmanlıq nümunələri Azərbaycan hərb tarixinin ən şanlı səhifələrini təşkil edir və gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir.

Azərbaycan dövləti şəhidlərimizin əziz xatirəsini daim uca tutur, onların ailələrinə və qazilərimizə yüksək diqqət və qayğı göstərir. “Şuşanın azad olunmasına görə” medalının təsis edilməsi bu müqəddəs döyüşdə fərqlənən qəhrəmanlarımızın xidmətlərinə verilən ən yüksək dövlət qiymətidir.

Bu gün Şuşada dalğalanan üçrəngli Azərbaycan bayrağı şəhidlərimizin ruhunun şad olduğunun və onların müqəddəs amallarının həyata keçdiyinin rəmzidir. Xalqımız Şuşanın azadlığı uğrunda canından keçən bütün qəhrəmanlarını əbədi minnətdarlıq və ehtiramla yad edir.

Sevda Abdullayeva,
YAP Nizami rayon təşkilatının “Özbəkistan küçəsi, 11” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button