AnalitikaGündəmSiyasət

Tarixi Ədalət və Məcburi Köçkünlərin Qayıdışı

30 ilə yaxın bir dövrdə doğma ocaqlarından didərgin düşmüş bir milyondan çox məcburi köçkünümüzün həsrətinə 27 sentyabrda başlayan müharibə son qoydu. İllərlə yurd həsrəti ilə yaşayan soydaşlarımız nəhayət ki, öz torpaqlarına qayıtmaq ümidinə qovuşdular.

İşğal dövründə köçkünlərimiz böyük mənəvi və maddi çətinliklərlə üzləşsələr də, vətən sevgisini və qayıdış inamını heç vaxt itirmədilər. Şəhidlərimiz öz canları ilə bu inamı gerçəkləşdirdilər. İndi “Böyük Qayıdış” proqramı çərçivəsində insanlar öz ata-baba yurdlarına köçürlər.

Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərə qayıdan vətəndaşlarımız orada yeni həyat qururlar. Dağıdılmış kəndlərin yerində müasir yaşayış məskənləri salınır. Bu qayıdış şəhidlərimizin ruhuna göstərilən ən böyük hörmətdir.

Anım Günü məcburi köçkünlərimiz üçün həm kədər, həm də sevinç günüdür. Onlar torpaqlarına qayıtdıqları üçün şükür edir, bu yolu açan şəhidlərimizə rəhmət oxuyurlar. Şəhidlərin xatirəsi azad olunmuş hər bir kənddə yaşayacaq.

Rasim Quliyev,
YAP Nizami rayon təşkilatının “Əliağa Kürçaylı küçəsi, 8” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button