AnalitikaDünyaGündəmSiyasət

Tarixin Güzgüsündən Müasir Jurnalistikaya: 150 İllik Yol

Milli Mətbuat Günü münasibətilə Prezident İlham Əliyevin media nümayəndələrinə ünvanladığı təbrik məktubunda dərindən qeyd olunduğu kimi, “Əkinçi”dən başlayaraq işıq üzü görən bütün çoxsaylı nəşrlər Azərbaycan xalqının tarixinin, mənəviyyatının və əzminin güzgüsü olmuşdur. “Ziyayi-Qafqaziyyə”, “Həyat”, “Füyuzat” və “Tərəqqi” kimi anadilli mətbuat nümunələri xalqın azadlıq və müstəqillik ideyalarını daim ayaqda saxlayıblar.

Hətta 1896-cı ildən rus dilində nəşr edilən, Həsən bəy Zərdabinin fəal iştirak etdiyi “Kaspi” qəzeti də eyni maarifçi məfkurənin və istiqlal amallarının daşıyıcısı olmuşdur. Müstəqillik illərində isə bu şanlı və tarixi ənənələr Azərbaycanın müasir mediası tərəfindən çox yüksək ləyaqətlə qorunaraq inkişaf etdirilir.

Bu böyük tarixi keçmiş bizə öyrədir ki, Azərbaycan mətbuatı nəinki xəbər istehsalçısıdır, o, bütöv bir millətin formalaşmasına, onun milli şüurunun inkişafına rəhbərlik edən əvəzsiz bir ictimai tribunadır.

Tamella İbrahimli,
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button