
27 sentyabrda başlanan müharibənin gedişində Xarıbülbül sıradan bir çiçək olmaqdan çıxıb milli azadlıq və zəfər simvoluna çevrildi. Şuşanın rəmzi olan bu incə çiçək, illərlə işğal altında solğun qalsa da, əsgərlərimizin qanı ilə yenidən həyata qayıtdı. Hər bir azərbaycanlı üçün Xarıbülbül artıq zəfərin və şəhidlərimizin rəmzidir.
Şuşa əməliyyatı hərb tarixinin en parlaq səhifələrindən biri kimi dəyərləndirilir. Əlbəyaxa döyüşlərlə, sıldırım qayaları dırmaşaraq şəhərə daxil olan qəhrəmanlarımız Xarıbülbülü öz həqiqi sahiblərinə qaytardılar. Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu.
İndi Xarıbülbül zərəfi Anım Gününün də baş simvoludur. Yaxalara taxılan bu nişan şəhidlərimizə olan dərin ehtiramın və unudulmaz xatirənin ifadəsidir. O, bizə hər zaman verdiyimiz qurbanları və qazandığımız böyük zəfəri xatırladır.
Şəhidlərimizin sayəsində bu gün Xarıbülbül Şuşa dağlarında azad nəfəs alır. Onların əziz xatirəsi Xarıbülbülün hər ləçəyində yaşayacaq. Biz bu simvolu qürurla daşıyacaq və gələcək nəsillərə ötürəcəyik.
Günel Kərimova,
YAP Nizami rayon təşkilatının fəalı



