
Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında rayonda fəaliyyət göstərən mədəniyyət müəssisələrinin rəhbərləri və ərazi partiya təşkilatlarının sədrlərinin iştirakı ilə görüş keçirilib.
Görüşdə YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon Mədəniyyət Mərkəzinin direktoru Laura Quliyeva, 3 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti, 8 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Təranə Aslanova və digər iştirakçılar çıxış ediblər.
Çıxışlarda YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflər, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin qurultayda səsləndirdiyi tapşırıq və tövsiyələrdən irəli gələn vəzifələr, onların həyata keçirilməsində partiya üzvlərinin fəallığının əhəmiyyəti diqqətə çatdırılıb.
Qeyd olunub ki, mədəniyyət müəssisələrinin cəmiyyətin mənəvi inkişafında, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Bu sahədə çalışan kollektivlərin qarşısında duran vəzifələrə toxunulub, partiya üzvlərinin ictimai-siyasi proseslərdə fəal iştirakının vacibliyi vurğulanıb.
Görüşdə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin icrası, mədəniyyət sahəsinin inkişafı, milli-mənəvi dəyərlərin təbliği, gənclərin yaradıcılıq potensialının dəstəklənməsi, eləcə də ərazi partiya təşkilatları arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.












