AnalitikaGündəmSiyasət

YAP VIII Qurultayı: Azərbaycanın diplomatik gücü və milli maraqlar

YAP VIII Qurultayı Azərbaycanın diplomatik gücünün formalaşması və milli maraqların beynəlxalq müstəvidə müdafiəsi məsələsini də xüsusi aktuallıqla gündəmə gətirir. Müasir beynəlxalq münasibətlər sistemində dövlətin gücü yalnız hərbi və iqtisadi göstəricilərlə ölçülmür. Diplomatik çeviklik, beynəlxalq tərəfdaşlıqların düzgün qurulması və milli maraqların ardıcıl müdafiəsi də dövlətin ümumi gücünün mühüm komponentidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xarici siyasətdə balanslı, çoxşaxəli və müstəqil kurs həyata keçirir. Ölkə müxtəlif qlobal və regional güc mərkəzləri ilə əməkdaşlıq edərək hər hansı bir siyasi blokdan asılı vəziyyətə düşmədən milli maraqlarını qoruyur. Bu yanaşma Azərbaycanın mürəkkəb geosiyasi mühitdə manevr imkanlarını genişləndirir və beynəlxalq müstəvidə siyasi çəkisini artırır.

Azərbaycanın diplomatik gücü xüsusilə Vətən müharibəsindən sonrakı mərhələdə daha aydın göründü. Hərbi qələbənin siyasi nəticələrinin beynəlxalq müstəvidə möhkəmləndirilməsi, ərazi bütövlüyü və suverenlik məsələlərinin hüquqi əsaslarının müdafiəsi ardıcıl diplomatik fəaliyyət tələb edirdi. Prezident İlham Əliyevin beynəlxalq platformalardakı çıxışları və siyasi mövqeyi Azərbaycanın milli maraqlarının açıq və prinsipial şəkildə ifadə olunmasına xidmət etdi.

Diplomatik güc həm də tərəfdaşlıq şəbəkəsinin genişliyindən asılıdır. Azərbaycanın Türk dünyası, Mərkəzi Asiya, Avropa, İslam dünyası və digər regionlarla əlaqələri ölkənin beynəlxalq imkanlarını artırır. Enerji, nəqliyyat, iqtisadiyyat və humanitar əməkdaşlıq siyasi münasibətləri daha dayanıqlı edir. Azərbaycanın beynəlxalq təşkilatlarda fəallığı da bu çoxşaxəli xarici siyasətin mühüm hissəsidir.

YAP VIII Qurultayı Azərbaycanın diplomatik gücünün daxili siyasi əsaslarının möhkəmləndirilməsi baxımından əhəmiyyətlidir. Güclü və həmrəy cəmiyyət dövlətin beynəlxalq danışıqlardakı mövqeyini də gücləndirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil xarici siyasətin davamlılığı milli birlik, iqtisadi güc və siyasi sabitliklə sıx bağlıdır. YAP bu amillərin qorunmasına siyasi töhfə verməlidir.

Pərviz Həsənov, 
YAP Nizami rayon təşkilatının fəalı

Oxşar Xəbərlər

Back to top button