AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfər yaddaşının ünvanı

Azərbaycanın Vətən müharibəsi ilə bağlı yaddaş məkanlarının yaradılması tarixi hadisələrin gələcək nəsillərə çatdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bakıdakı Zəfər parkı bu baxımdan diqqət çəkən layihələrdəndir. Parkın memarlığında 44 günlük müharibənin simvollarına xüsusi yer verilməsi onun ideoloji və tarixi məzmununu tamamlayır.

Prezident İlham Əliyevin iştirakı ilə açılan Zəfər parkında 44 metrlik Zəfər tağı, memorial abidə, Qarabağ yaddaş bağçası və digər elementlər yaradılıb. Zəfər muzeyində Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi nəzərdə tutulub.

Bu məkanlar yalnız memarlıq nümunəsi deyil. Onlar Anım Gününün daşıdığı mənəvi məzmunun daşıyıcılarıdır. Burada hər bir ziyarətçi Zəfərin sevincindən əvvəl həmin Zəfərin arxasında dayanan fədakarlığı düşünə bilər.

27 Sentyabr Anım Günü ilə Zəfər parkı arasında mənəvi bağ məhz burada görünür. Bir tərəfdə şəhidlərin xatirəsi, digər tərəfdə Azərbaycanın əldə etdiyi tarixi Qələbənin rəmzləri dayanır. Bu yaddaşın qorunması Azərbaycanın müasir tarixinin obyektiv şəkildə gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bahadur Məmmədov,
YAP Nizami rayon təşkilatının “Heydər Əliyev prospekti, 92a” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button