
20 oktyabr Azərbaycanın müasir tarixinə həkk olunmuş ən şanlı və qürurvericisəhifələrdən biridir. Vətən müharibəsində qazanılan tarixi Zəfərin mühümhalqalarından biri olan Zəngilan şəhərinin işğaldan azad edilməsi milli dövlətçiliktariximizin parlaq qələbəsidir. Azərbaycan Respublikasının Prezidenti İlhamƏliyevin müvafiq Sərəncamı ilə 20 oktyabr tarixinin “Zəngilan Şəhəri Günü” kimitəsis edilməsi bu qədim diyarın strateji, tarixi və mənəvi əhəmiyyətinə verilənyüksək qiymətin təzahürüdür.
1993-cü il oktyabrın 29-da erməni qəsbkarları tərəfindən işğal edilən Zəngilanrayonu uzun illər ərzində dağıntılara, ekoloji terrora və vandalizmə məruzqalmışdı. Lakin 2020-ci ilin payızında Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilərəşadətli Azərbaycan Ordusu ədaləti bərpa etdi.
44 günlük Vətən müharibəsi gedişində cənub cəbhəsində həyata keçirilən uğurluhərbi əməliyyatlar nəticəsində 2020-ci il oktyabrın 20-də Zəngilan şəhəri vərayonun bir sıra yaşayış məntəqələri işğaldan azad olundu. Zəngilanın azadedilməsi Azərbaycan–Ermənistan dövlət sərhədinin bərpası, eyni zamanda stratejibaxımdan Zəngəzur dəhlizi istiqamətində mühüm irəliləyişin təmin olunmasıdemək idi.
Zəngilan təkcə hərbi qələbənin deyil, həm də işğaldan azad olunmuş ərazilərdəhəyata keçirilən nəhəng bərpa və quruculuq işlərinin flaqmanıdır. Məhz ZəngilanınAğalı kəndi Böyük Qayıdış proqramının ilk addımı olmuş, burada müasirstandartlara cavab verən “Ağıllı kənd” layihəsi reallaşdırılmışdır.
Kənddə tətbiq olunan “yaşıl texnologiyalar“, bərpa olunan enerji mənbələri (günəşvə su enerjisi), avtomatlaşdırılmış idarəetmə və “Ağıllı kənd təsərrüfatı” sistemləribölgənin gələcək inkişaf modelini müəyyən edir. Sakinlərin yüksək həyatstandartlarını təmin etmək üçün təhsil, səhiyyə, poçt, dövlət xidmətləri və rəqəmsalrabitə infrastrukturu sıfırdan qurulmuşdur.
Zəngilan bu gün regionun əsas nəqliyyat və loqistika mərkəzlərindən birinəçevrilir. Qısa müddətdə inşası başa çatan və istifadəyə verilən Zəngilan havalimanı bölgənin beynəlxalq nəqliyyat dəhlizlərinə inteqrasiyasını təmin etməkləyanaşı, turizm və iqtisadi potensialı dəfələrlə artırır. Zəngilandan keçən avtomobilvə dəmir yolları Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası vəTürkiyə ilə birləşdirəcək strateji xəttin əsasını təşkil edir. Uzun illər işğal altındaqalan və çirklənməyə məruz qalan Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpası, nadir çinar meşələrinin qorunması və zəngin biomüxtəlifliyin yenidəndirçəldilməsi istiqamətində layihələr ardıcıl davam etdirilir.
Zəngilan şəhəri dirçəlişin və müasirliyin rəmzidir. 20 Oktyabr – Zəngilan ŞəhəriGünü sadəcə təqvimdəki hər hansı bir tarix deyil. Bu gün keçmişin nisgilinigələcəyin böyük ümidlərinə çevirən milli qürur günüdür. Dağıdılmış şəhərinyerində bu gün ən müasir şəhərsalma prinsiplərinə uyğun, “yaşıl və rəqəmsal” konsepsiya əsasında yeni Zəngilan ucalır. Zəngilana qayıdan həyat Azərbaycanhalqasının nə qədər sarsılmaz, dövlətimizin iqtisadi və siyasi gücünün nə qədərqüdrətli olduğunun əyani sübutudur.
Vüsar İsmayılov,
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri



