AnalitikaGündəmSiyasət

YAP-ın yaranması Azərbaycanın dövlətçilik tarixində mühümdönüş nöqtəsi oldu

1992-ci ilin payızında Azərbaycan dövlətçiliyi mürəkkəb vətaleyüklü bir dövr yaşayırdı. Ölkədə hökm sürən siyasiziddiyyətlər, idarəetmədə yaranmış çətinliklər və gələcəklə bağlıqeyri-müəyyənlik cəmiyyətdən ciddi siyasi qərarların qəbuledilməsini tələb edirdi. Belə bir şəraitdə bir qrup nüfuzluziyalının Ümummilli Lider Heydər Əliyevə ünvanladığımüraciət yalnız yeni siyasi partiyanın yaradılması təşəbbüsü iləməhdudlaşmırdı. Bu müraciət, eyni zamanda, xalqın sabitliyə, qüdrətli siyasi rəhbərliyə və müstəqil dövlətçiliyin etibarlışəkildə qorunmasına olan istəyini əks etdirirdi. ÜmummilliLider Heydər Əliyev 1992-ci il oktyabrın 16-da müraciətəverdiyi cavabında belə bir partiyanın təsis edilməsini dövrünobyektiv tələbi kimi dəyərləndirmiş, onun müstəqilAzərbaycanın möhkəmlənməsi və tərəqqisində mühüm tariximissiya daşıya biləcəyini vurğulamışdı. Bu yanaşma ölkəninsiyasi həyatında yeni bir mərhələnin formalaşmasına təkanverdi. Noyabrın 21-də Naxçıvanda Azərbaycanın müxtəlifbölgələrini təmsil edən 550 nəfərin iştirakı ilə baş tutan təsiskonfransında Yeni Azərbaycan Partiyasının yaradılması barədəqərar qəbul olundu, təşkilatın Proqramı və Nizamnaməsitəsdiqləndi.Ümummilli Lider Heydər Əliyev yekdillikləpartiyanın Sədri seçildi.

Bu hadisə çətin siyasi şəraitdə məsuliyyətli mövqe nümayişetdirilməsinin, milli maraqlar naminə birləşmənin vədövlətçiliyin gələcəyinə inamın bariz nümunəsi idi. YAP-ın təsisedilməsi Azərbaycanın sonrakı siyasi və dövlətçilik inkişafındamühüm dayaqlardan birinə çevrildi. Bu təşəbbüsün təməlindəfərdi maraqlar və siyasi iddialar deyil, ölkənin taleyinə görəməsuliyyət hissi və xalqın etimadını doğrultmaq əzmi dayanırdı. Məhz buna görə də təsis konfransı adi siyasi hadisə kimi deyil, Azərbaycanın müstəqil dövlət kimi inkişaf istiqamətinə cidditəsir göstərən tarixi dönüş nöqtəsi olaraq yadda qaldı.

Yarandığı ilk dövrlərdən etibarən Yeni Azərbaycan Partiyasıcəmiyyətin geniş təbəqələrinin dəstəyini qazanaraq ölkəninaparıcı siyasi təşkilatına çevrildi. Ümummilli Lider Heydər Əliyev partiyanın təşkilati strukturunun və ideoloji prinsiplərininformalaşmasına xüsusi diqqət yetirdi, onu özününsəciyyələndirdiyi kimi, “dünənin, bu günün və sabahınpartiyası” səviyyəsinə çatdırdı. Müxalif siyasi qüvvə olaraqfəaliyyətə başlamasına baxmayaraq, YAP konstruktivyanaşması, siyasi dialoqa verdiyi önəm və əməkdaşlığa açıqmövqeyi ilə ölkədə siyasi mədəniyyətin inkişafına mühümtöhfələr göstərdi. 2005-ci il martın 26-da baş tutan III Qurultayda cənab Prezident İlham Əliyevin partiyanın Sədriseçilməsi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş siyasikursun yeni şəraitdə davam etdirilməsini təmin etdi. Növbətiillərdə partiya müstəqillik, dövlətçilik və milli maraqlarasadiqlik prinsiplərini əsas tutaraq ölkədəki ictimai-siyasidəyişikliklərə uyğun şəkildə fəaliyyətini təkmilləşdirdi. 2021-ci il martın 5-də keçirilən VII Qurultay isə YAP-ın təşkilatiquruluşunun və fəaliyyət istiqamətlərinin müasir tələblərə uyğunyenilənməsində əhəmiyyətli rol oynadı. Həmin qurultaydapartiyanın yeni Nizamnaməsi qəbul edildi, İdarə Heyəti, TəftişKomissiyası və Veteranlar Şurası yaradıldı. Mehriban xanımƏliyevanın partiya sədrinin birinci müavini vəzifəsinə təyinedilməsi həm rəhbərliyə göstərilən yüksək etimadın, həm dəqadınların ictimai-siyasi proseslərdə iştirakına verilənəhəmiyyətin göstəricisi oldu. 2021-ci ilin dekabrında təsdiqedilən yeni Proqramda Ümummilli Lider Heydər Əliyev siyasiirsinə bağlılıq, müstəqillik, azərbaycançılıq, dövlətçilik, hüququn aliliyi, siyasi varislik və təkamül, konstruktivəməkdaşlıq, sosial ədalət, multikulturalizm və demokratikdəyərlərin inkişafı partiyanın başlıca strateji prioritetləri kimimüəyyənləşdirildi. Bununla yanaşı, iqtisadi tərəqqi, insankapitalının inkişafı, şəffaflığın artırılması, milli-mənəvidəyərlərin qorunması, xarici siyasət, ordu quruculuğu vəişğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış da əsas fəaliyyəthədəfləri sırasına daxil edildi.

Cənab Prezident İlham Əliyevin VII Qurultaydakı çıxışındaYeni Azərbaycan Partiyasının Cənubi Qafqazın ən böyük siyasitəşkilatı kimi qiymətləndirilməsi onun cəmiyyətdə qazandığınüfuzun və geniş ictimai dəstəyin göstəricisi idi. Hazırdapartiyanın qarşısında duran mühüm istiqamətlərdən biri siyasidialoqun inkişafına, sağlam əməkdaşlıq mühitiningenişlənməsinə və ümummilli əhəmiyyət daşıyan məsələlərətrafında həmrəyliyin gücləndirilməsinə töhfə verməkdir. 2024-cü ildə keçirilən prezident və parlament seçkilərinin, eləcə də2025-ci il bələdiyyə seçkilərinin nəticələri YAP-ın seçicilərarasında malik olduğu dəstəyi bir daha təsdiqlədi. 2026-cı il oktyabrın 2-də keçirilmiş VIII Qurultay isə partiyanın yenilənməvə müasir idarəetmə prinsiplərinə uyğunlaşma istiqamətindəhəyata keçirdiyi siyasətin növbəti mərhələsi oldu. Qurultayçərçivəsində aparılan müzakirələr və qəbul edilən qərarlar Yeni Azərbaycan Partiyasının qarşıdakı dövrdə də ölkənin stratejiinkişaf məqsədlərinin reallaşdırılmasında fəal mövqe tutacağınınümayiş etdirdi. Cənab Prezident İlham Əliyevin qurultaydakıçıxışı yalnız partiyanın gələcək fəaliyyətinin əsas istiqamətlərinimüəyyən etmədi, eyni zamanda, onun üzərinə düşən siyasi vəictimai vəzifələrin miqyasını da aydın şəkildə ifadə etdi. Əminliklə qeyd etmək olar ki, Yeni Azərbaycan PartiyasıÜmummilli Lider Heydər Əliyevin siyasi irsinə vəmüəyyənləşdirdiyi dövlətçilik prinsiplərinə sadiq qalaraq, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanıngələcək nailiyyətlərinə bundan sonra da öz töhfəsini verəcəkdir.

Rəşad Əsgərov,
SOCAR “Kompleks Qazma İşləri” trestinin müdiri, YAP Nərimanov rayon təşkilatı üzrə ƏPT sədri

Oxşar Xəbərlər

Back to top button