AnalitikaGündəmSiyasət

BAYRAĞIMIZIN UCALDIĞI ZİRVƏ – AZƏRBAYCANIN GÜCÜ VƏ QÜDRƏTİ

Azərbaycan Dövlət Bayrağı xalqımızın müstəqilliyinin, milli birliyinin və dövlət suverenliyinin ən parlaq ifadəsidir. Onun hər dalğalanışı tariximizin şanlı səhifələrini, xalqımızın mübarizə əzmini və gələcəyə olan inamını xatırladır. Bu gün üçrəngli bayrağımız yalnız ölkəmizdə deyil, dünyanın müxtəlif məkanlarında Azərbaycanın tanınan simasına çevrilmişdir.

Dövlət bayrağımızın tarixi Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu dövrə gedib çıxır. 1918-ci il noyabrın 9-da qəbul edilən üçrəngli bayraq milli dövlətçilik ideyalarının rəmzi kimi tarixə düşmüşdür. Mavi, qırmızı və yaşıl rənglərin vəhdəti xalqımızın milli kimliyini, müasir inkişaf arzusunu və mənəvi dəyərlərini ifadə edir.

Azərbaycanın müstəqilliyinin bərpasından sonra bayrağımız dövlət quruculuğunun əsas atributlarından biri kimi möhkəmləndirildi. Dövlət Bayrağı Meydanının yaradılması, ölkənin müxtəlif bölgələrində bayraqların ucaldılması və dövlət rəmzlərinə ehtiramın artırılması bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdəndir.

44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər bayrağımızın mənəvi dəyərini daha da yüksəltdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq göstərdi. Nəticədə üçrəngli bayrağımız uzun illər işğal altında qalmış ərazilərimizdə yenidən dalğalandı.

Bu gün Şuşada, Xankəndidə, Xocalıda, Laçında və digər azad edilmiş torpaqlarımızda dalğalanan bayrağımız xalqımızın qürur mənbəyidir. Həmin bayraq şəhidlərimizin müqəddəs xatirəsini, qazilərimizin qəhrəmanlığını və dövlətimizin qüdrətini özündə yaşadır. Bayrağımız ucaldıqca Azərbaycanın gücü və nüfuzu daha aydın görünür.

Sülhanə Nəsibova,
YAP Nizami rayon təşkilatının “Bəkir Çobanzadə küçəsi, 345” ərazi partiya təşkilatının sədr müavini

Oxşar Xəbərlər

Back to top button