Beş yaşına qədər uşaqları bəzi qida və oyuncaqlardan uzaq tutmaq lazımdır
Bəzi qidalar var ki, onların azyaşlı uşaqlara verilməsindən çəkinmək lazımdır və onların nəzarətsiz qəbulu həyat üçün fəsadlar yarada bilər.
www.aktualinfo.az/infososium AZƏRTAC-a istinadən xəbər verir ki, uroloq-cərrah Vüsal Cəfərov bununla əlaqədar deyib: “Qoz, fındıq, fıstıq və s. çərəzlər, bütöv şəkildə olan alma, heyva, yerkökü kimi çiy tərəvəzlərin, marketdən alınan paketləşdirilmiş qidaların uşaqların əlinə verilməsi çox təhlükəlidir. Həmin əşyalar tənəffüs yoluna düşdüyü zaman boğulmaya və ani ölümə səbəb ola bilər. Hətta onu da qeyd etmək lazımdır ki, bəzi oyuncaq və leqo parçaları, uşaqların üzərinə bağlanılan göz-nəzərdən qoruyan muncuqlar və digər başqa vasitələr onların tənəffüs yoluna düşdükdə ölümə səbəb ola bilər. Xüsusilə 5 yaşına qədər olan uşaqları bu tip qida və oyuncaqlardan uzaq tutmağa çalışmaq lazımdır”.