AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Suverenliyin Tam Bərpası: Zəfərdən Sonrakı Mühüm Mərhələ

8 Noyabr Zəfəri Azərbaycanın ərazi bütövlüyünün bərpası yolunda ən həlledici mərhələ olmaqla yanaşı, ölkəmizin bütün ərazisində suverenliyin tam təmin edilməsi üçün möhkəm zəmin yaratdı. Vətən müharibəsindən sonra həyata keçirilən ardıcıl siyasi, diplomatik və hərbi tədbirlər nəticəsində Azərbaycan öz sərhədlərinə tam nəzarəti bərpa etdi. Bu proses dövlətimizin qətiyyətli iradəsinin və strateji uzaqgörənliyinin növbəti təntənəsi oldu.

Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə üçrəngli bayrağımızın ucaldılması ilə otuz ildən artıq davam edən separatizmə birdəfəlik son qoyuldu. Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi ölkənin bütün ərazisində bərpa edildi. Bu tarixi hadisə Zəfər Gününün mənasını daha da dərinləşdirdi və qələbəmizi tam, bütöv bir zəfərə çevirdi.

Suverenliyin tam bərpası həm də ölkəmizin daxili təhlükəsizliyinin və sabitliyinin tam təminatı deməkdir. Artıq Azərbaycanın heç bir bölgəsində qanunsuz silahlı birləşmələr və ya nəzarətdən kənar ərazilər mövcud deyil. Dövlətimizin suveren hüquqları hər bir qarış torpaqda tam şəkildə qorunur.

Bu gün biz Zəfər Gününü tam suveren, bütöv və qüdrətli bir dövlətin vətəndaşları kimi qeyd edirik. Bu böyük nailiyyət xalqımızın birliyinin, ordumuzun gücünün və dövlət başçımızın müdrik siyasətinin sarsılmaz nəticəsidir. Suverenliyimiz əbədi və dönməzdir.

Mələk Nağıyeva,
YAP Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 2b” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button