AnalitikaGündəmQarabağ və Şərqi ZəngəzurSiyasət

Zəfər Günü: Xalqın Yenidən Doğuluş Tarixi

8 Noyabr Zəfər Günü təkcə bir hərbi qələbənin deyil, həm də bütöv bir xalqın mənəvi oyanışının və yenidən doğuluşunun təntənəsidir. Uzun illər çəkilən həsrət, qəlblərdə daşınan kədər məhz bu tarixdə milli qürura və sonsuz fərəhə çevrildi. Bu gün hər bir azərbaycanlı öz tarixini daha uca başla, daha inamla qeyd edir.

Tarix boyu sınaqlardan üzüağ çıxmış xalqımız öz haqqını heç zaman unutmadı və gec-tez ədalətin bərpa olunacağına inandı. Zəfər Günü həmin inamın gerçəkləşdiyi, xalqın öz gücünə və iradəsinə əmin olduğu müqəddəs bir bayrama çevrildi. Bu tarix gələcək nəsillərə ötürüləcək ən qiymətli mənəvi sərvətdir.

Hər il bu günü qeyd edərkən keçdiyimiz şərəfli yol bir daha gözlər önündə canlanır və xalqımızın nə qədər güclü ruha sahib olduğu bir daha dərk edilir. Qələbə bizim milli kimliyimizin ayrılmaz hissəsinə, qürur mənbəyimizə çevrildi. Bu zəfər ruhu hər zaman bizimədir və heç vaxt sönməyəcəkdir.

Zəfər Günü həm də sabaha olan inamımızın, birlik və bərabərliyimizin ən uca zirvəsidir. Azərbaycan xalqı bu tarixlə sübut etdi ki, bir amram ətrafında sıx birləşəndə heç bir güc onu məğlub edə bilməz. Bu bayram əbədi olaraq bizim ən parlaq səhifəmiz olaraq qalacaqdır.

Nigar Məmmədova,
YAP Nizami rayon təşkilatının “Məhsəti Gəncəvi küçəsi, 7” ərazi partiya təşkilatının sədri

Oxşar Xəbərlər

Back to top button