GündəmSiyasət

YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr və gənclərin vətənpərvərlik tərbiyəsi müzakirə olunub

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının “Qara Qarayev prospekti, 73B” ünvanında yerləşən ərazi partiya təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevin YAP-ın VIII Qurultayında səsləndirdiyi proqram xarakterli nitqdən irəli gələn vəzifələrə və gənclərin vətənpərvərlik tərbiyəsinə həsr olunmuş görüş keçirilib.

Aktualinfo Media Qrup xəbər verir ki, görüşdə çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov qurultayda müəyyənləşdirilən strateji hədəflərin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurların gənc nəslə aşılanmasının, dövlətçilik ənənələrinin qorunmasının, milli-mənəvi dəyərlərin təbliğinin və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyini vurğulayıb.

210 saylı tam orta məktəbin direktoru Həqiqət Gülalıyeva çıxışında təhsil müəssisələrinin gənc nəslin formalaşmasında mühüm rolundan bəhs edib. O, şagirdlərin milli-mənəvi dəyərlərə bağlı, dövlətçilik prinsiplərinə sadiq və vətənpərvər ruhda yetişdirilməsinin, onlarda müstəqil düşüncə və vətəndaşlıq məsuliyyətinin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

Digər iştirakçılar da çıxışlarında YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin yerinə yetirilməsi, gənclərin ideoloji maarifləndirilməsi, milli-mənəvi dəyərlərin qorunması və təhsil müəssisələrində vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi ilə bağlı fikirlərini bölüşüblər.

Görüşdə qurultayda müəyyənləşdirilmiş prioritetlərin həyata keçirilməsi, gənc nəslin milli ruhda tərbiyəsi və dövlətçilik ideyalarının təbliği istiqamətində görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxşar Xəbərlər

Back to top button